Moldovada qazın qiyməti qalxacaq

Dünya

03.06.2024 - 14:34

Həkimlər Klinikalar SEO Xidməti

Çeban Aİ-dən alınan qazın iyunda 18 avro bahalaşacağını açıqlayıb

Avropa İttifaqı (Aİ) bazarında alınan və Moldovanın istehlak etdiyi qazın qiyməti iyunda 1 min kubmetr üçün 331 avrodan 349 avroya yüksələcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə “Moldovaqaz” paylayıcı şirkətinin rəhbəri Vadim Çeban məlumat verib.

““Moldovaqaz” və “Energocom” arasında 2024-cü ilin iyun ayında təbii qazın alınmasına dair müqavilə şərtlərinə uyğun olaraq, alış qiyməti MVt/saata görə 32,87 avro təşkil edəcək. Bu da 1 min kubmetr üçün 349,79 avroya bərabərdir”, Çeban öz “Telegram” kanalında yazıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş