Moldova ukraynalı qaçqınların keçidi üçün dəhliz yaradır

Dünya

06.03.2022 - 05:53

Həkimlər Klinikalar SEO Xidməti

Qavrilitsa: "Onlara sərhədi tez keçməyə kömək edirik"

Moldova və Rumıniya ukraynalı qaçqınların Avropa ölkələrinə keçidini asanlaşdırmaq üçün yaşıl dəhliz yaradır. AYNA-nın xəbərinə görə, bu barədə Moldovanın Baş naziri Natalya Qavrilitsa bildirib.

 

 

 

“Rumıniya öz sərhədlərindən buraxılışı sürətləndirib və qaçqınlara nəqliyyat vasitəsi təqdim edir. Moldovaya gələn Ukrayna vətəndaşlarının çoxu başqa ölkələrə gedir. Biz də onlara sərhədi tez keçməyə kömək edirik”, - deyə Qavrilitsa bildirib.

Rəsmi statistikaya görə, son günlərdə Rumıniyaya 170 mindən çox Ukrayna vətəndaşı gəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş