“Dövlət son üç onillikdə indiyə qədər heç vaxt mövcudluğunu şübhə altına ala biləcək belə dərin sistem böhranı ilə üzləşməmişdi”
Moldova Sosialistlər Partiyası dövlətin mövcudluğu üçün risklərin olduğunu bəyan edib. AYNA xəbər verir ki, bu barədə partiyanın saytında qeyd olunub.
“Bu gün təəssüflə bəyan etmək məcburiyyətindəyik ki, Moldova Respublikası son üç onillikdə indiyə qədər heç vaxt mövcudluğunu şübhə altına ala biləcək belə dərin sistem böhranı ilə üzləşməmişdi”, - bəyanatda vurğulanıb.
Sosialistlərin fikrincə, Moldova hakimiyyəti respublikanı sosial-iqtisadi, enerji və siyasi böhrana gətirib çıxarıb: “Ölkə rəhbərliyi dövlətin və xalqın maraqlarından deyil, şəxsi ambisiyalardan, eqoist maraqlardan çıxış edir”.
Qeyd edək ki, bu gün Moldova Müstəqillik Gününü qeyd edir.