Zelenskinin müşaviri Trampı tənqid edib

Dünya

18.07.2026 - 10:32

Friland Qrenlandiya ilə bağlı mübahisədə Avropanı dəstəkləyib

Kanadanın Baş nazirinin keçmiş müavini və Ukrayna Prezidenti Volodimir Zelenskinin iqtisadi məsələlər üzrə müşaviri Xristiya Frilend ABŞ Prezidenti Donald Trampı Qrenlandiya ilə bağlı tənqid edib. AYNA.AZ xəbər verir ki, o “Sky News”a müsahibəsində Vaşinqtonun adaya iddialarını "anormal" adlandırıb.

Friland Trampın Qrenlandiyanın ABŞ-ın nəzarəti altında olması barədə son açıqlamasına münasibət bildirib və bunu tamamilə “qəbuledilməz” sayıb.

"Düşünürəm ki, hamımız üçün aydın olmalıdır ki, ərazi iddiaları irəli sürmək, xüsusən də müttəfiqlərinizə qarşı, normal deyil", - deyə o bildirib.

Friland həmçinin qeyd edib ki, “Tramp yalnız güc anlayışını başa düşür və Amerika liderinə itaət etmək, əksinə, onu təhrik edir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş