Modinin təyyarəsinə qarşı terror törədiləcəyini deyən şəxs saxlanılıb

Dünya

12.02.2025 - 16:39

Həkimlər Klinikalar SEO Xidməti

Saxlanılan şəxsin psixi vəziyyəti qeyri-sabitdir

Mumbay polisi Hindistanın Baş naziri Narendra Modinin Fransa və ABŞ-a xarici səfərləri zamanı onun təyyarəsinə qarşı terror törədiləcəyini deməkdə şübhəli bilinən şəxsi saxlayıb. AYNA xəbər verir ki, bu barədə “The Indian Express” qəzeti Hindistan hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxsin psixi vəziyyəti qeyri-sabitdir. Davam edən araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxsin telefonundan əvvəllər də polisə 1400 zəng daxil olub. Bu şəxs guya cinayətlərin hazırlanması barədə xəbərdarlıqlar və digər yalan məlumatlar verib.

Qeyd olunub ki, Mumbay polisinə Modi xaricə səfər edərkən terrorçuların onun təyyarəsinə hücum edə biləcəyi barədə xəbərdarlıq gəlib. Polis aldıqları məlumatın “ciddi xarakterli” olduğunu bildirib, digər qurumlara məlumat verib və araşdırmalara başlayıb.

Xatırladaq ki, Modi hazırda Fransada səfərdədir. Hindistanın Baş naziri daha sonra ABŞ-a səfər edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş