Ermənistan xarici işlər naziri bu gün türkiyəli həmkarı ilə görüşəcək
Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfər edəcək.
AYNA “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, nazir zəlzələdən zərər çəkmiş bölgələrdə missiya yerinə yetirən Ermənistanın axtarış-xilasetmə qrupu ilə görüşəcək, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan bildirib ki, Ermənistan Türkiyəyə humanitar yardımın ikinci partiyasını göndərib.
"Dünən gec saatlarda humanitar yardımın ikinci partiyası ilə yüklənmiş yük maşınları Marqara körpüsü ilə Ermənistan-Türkiyə sərhədini keçdi", - Hunanyan “Twitter”də yazıb.