“İrəvan əksinə, Moskva ilə normal və sabit münasibətləri qoruyub saxlamağa və inkişaf etdirməyə sadiqdir”
“Ermənistan Rusiya ilə siyasi və iqtisadi əlaqələri kəsmək niyyətində deyil”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətləri kəsməyi seçməsi ilə bağlı açıqlamasına münasibət bildirən Mirzoyan vurğulayıb: "Ermənistan Rusiya ilə siyasi, iqtisadi və ya digər əlaqələri kəsməkdə maraqlı deyil".
O əlavə edib ki, “İrəvan əksinə, Moskva ilə normal və sabit münasibətləri qoruyub saxlamağa və inkişaf etdirməyə sadiqdir”.