“Ermənistan iqtisadi sabitliyin təmin edilməsi və iqtisadi resursların diversifikasiyası üçün Aİ ilə əməkdaşlıq edir”
“Ermənistan həm Avropa İttifaqı, həm də Avropa ölkələri ilə müxtəlif sahələrdə əlaqələri dərinləşdirməyə davam edir”. AYNA xəbər verir ki, bu sözləri Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.
XİN başçısı bəyan edib ki, Ermənistan iqtisadi sabitliyin təmin edilməsi və iqtisadi resursların diversifikasiyası üçün Aİ ilə əməkdaşlıq edir.
“Biz Aİ ilə münasibətlərimizi daha da dərinləşdirmək istəyirik”, - deyən Mirzoyan Ermənistanın Baş naziri Nikol Paşinyanın “Ermənistan Avropa İttifaqının mümkün hesab etdiyi qədər Aİ ilə münasibətləri dərinləşdirməyə hazırdır” bəyanatına istinad edib.