MİQ-in müsahibə mərhələsi davam edir

Xəbərlər

21.08.2025 - 18:27

İkinci gününə 986 nəfər dəvət olunub

Avqustun 21-də riyaziyyat, informatika, fizika, rus dili, ingilis dili, Azərbaycan dili və ədəbiyyat, fiziki tərbiyə, biologiya və təsviri incəsənət fənləri üzrə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsi təşkil edilib.

Təhsil İnstitutu Nəzdində İnsan Resursları Mərkəzindən AYNA.AZ-a bildirilib ki, müsahibələrin ikinci gününə 986 nəfər dəvət olunub.

Xatırladaq ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş