İlham Əliyev: “Mən öz fikirlərimi ifadə etdim, qalanı onların məsuliyyətindədir”
“Minsk Qrupundan İkinci Qarabağ müharibəsindən sonra bizə indiyədək hər hansı təklif verilməyib”. AYNA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsində deyib.
Ölkə başçısı bildirib ki, təklif olmadığı üçün Minsk Qrupunun fəaliyyəti haqqında danışmağın yeri yoxdur: “Artıq 1 il keçib. Nə təklif edirsən? Deyirsən ki, bu münaqişə həll edilməlidir. Mən Azərbaycan olaraq deyirəm ki, mən bunu həll etdim. Özüm. Bütün təzyiqlərə rəğmən. Dolayısıyla bir təklif olmalıdır. Nə ilə məşğul olmalıdırlar? Mən öz fikirlərimi ifadə etdim, qalanı onların məsuliyyətindədir”.