“Minlərlə şikayət var, dövlət komissiyası yaradılmalıdır” - <font color=red> Deputat özəlləşdirmə çekləri haqda</font>

Cəmiyyət

13.07.2021 - 06:19

Həkimlər Klinikalar SEO Xidməti

Tahir Kərimli: “Hüququndan məhrum olan, payı dəyərsizləşdirilən, korrupsiya halları nəticəsində prosesdən kənarda qalan insanların məsələsi ciddi araşdırılmalıdır”

 

Mərhum Prezident Heydər  Əliyev 1996-cı ilin martında özəlləşdirmənin həyata keçirilməsini və bu prosesdə özəlləşdiriləcək dövlət mülkiyyətinin bir hissəsinin əhaliyə əvəzsiz verilməsini təmin etmək məqsədi ilə fərman imzalamışdı. Həmin fərmana əsasən, 1997-ci il yanvarın 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilmişdi.

 

Dövlət indiyə qədər özəlləşdirmə çeklərindən daha geniş istifadənin təmin olunması məqsədi ilə onların tədavül müddəti bir neçə dəfə uzadıb. Prezidentin müvafiq fərmanları ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılıb. 2009-cu ildə imzalanan fərmanla sonuncu dəfə çeklərin tədavül müddəti artırılıb. Son fərmana əsasən, dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb.

 

Vaxtilə əlindəki çekləri dəyər-dəyməzinə satanlar da olub, illərdir gözləyənlər də var. Onlar əllərindəki çeklərin bir gün dəyər qazanacağına və bunlardan faydalana biləcəklərinə ümid edirlər. Lakin bununla bağlı hələlik hansısa addım atılmır. 

 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü deputat Tahir Kərimli mövcud problemli məsələ ilə bağlı AYNA-ya danışarkən deyib ki, bu məsələdə nəticəyə gəlmək labüddür, çünki bununla bağlı kütləvi şəkildə vətəndaşların narazılıqları var: “Böyük Britaniya kimi mühafizəkar dövlətdə özəlləşdirmə on, yüz illərlə radikal formada keçirilməyib. O zamanlar Azərbaycanda radikal formada keçirildi. Müəyyən illər keçəndən sonra dövlətlər tərəfindən özəlləşməyə yeni bir baxış da olur. Bizdə də təxminən 25 il keçib. Bu illər ərzində özəlləşmə prosesini dövlət səviyyəsində təhlil edib bir nəticəyə gəlmək olar. Nəticəyə gəlməyə vadar edən səbəblərdən biri kütləvi şəkildə vətəndaşların özəlləşmə ilə bağlı narazılıqları, müraciətləridir”.

525-ci Qəzet - Tahir Kərimli: “Bir çox deputat sosial şəbəkələrin qurbanı  olub”

“İstəyərdim ki, hökumət səviyyəsində bu məsələyə reaksiya verilsin. Öz pay hüququndan məhrum olanlar, payının dəyərsizləşdirildiyi, korrupsiya halları nəticəsində prosesdən tam kənarda qalan insanlar var. Məmurlar insanların acınacaqlı hallarından istifadə edərək, əllərində olan çekləri su qiymətinə, dəyərindən ucuz qiymətə toplayıb və onları mülkiyyətindən məhrum ediblər. Bunlar ortalıqda olan məqamlardır və kənara qoymaq olmaz”, - deyə deputat bildirib.

 

Həmsöhbətimiz hesab edir ki, bununla bağlı həll yolu dövlət tərəfindən xüsusi komissiyanın yaradılmasındadır: “Hansısa müraciət əsasında tədqiqat apara bilərlər, məhkəmə predmeti ola bilər, amma o, bir və ya bir qrupun məsələsinin həllidir. Mən hesab edirəm ki, bu, ümumilli məsələdir. Bu məsələdə yeganə yol kimi komissiyanın yaradılmasını görürəm. Və yaxud da dövlət, Baş Prokurorluq yanında bu məsələləri araşdıran xüsusi bir komissiyaya ehtiyac var”.

 

“Mən hesab edirəm ki, bununla bağlı xüsusi komissiya yaradılmalı, hökumət tərəfindən kompleks şəkildə araşdırılmalıdır. Komissiya təzyiq etməli, harada ədalətsizlik, qayda pozuntusu, düzgün qiymətləndirilmə olmayıbsa, vətəndaşların – hüquqi və fiziki şəxslərin hüquqları pozulubsa, ciddi araşdırılmalı, hökümət səviyyəsində qiymət verilməlidir. Buna ehtiyac var”, - deyə Kərimli vurğulayıb.

 

Onun fikrincə, bu məsələyə yenidən baxılması, təhlil edilməsi, qiymətləndirilməsi üçün  dövlət komissiyası yaradılsa, məsuliyyətə cəlb olunacaq adamlar da olacaq: “Minlərlə insan bu məsələdən narazı qalıb. Mənim özümə də bir dəfə kollektiv şəkildə bir neçə yüz adam müraciət etmişdi. Bu qədər narazılığın fonunda səssiz qalmaq mümkün deyil. Hesab edirəm ki, bu məsələyə hansısa əlahiddə baxış problemin yalnız bir hissəsinin həllinə nail ola bilər. Amma 25 ildə baş verən bütün prosesə, xüsusən də ilk illərdə radikal halda aparılan özəlləşdirmə prosesinə yenidən baxmaq, hüquqi cəhətdən qiymətləndirmək lazımdır. Bu zaman şübhəsiz ki, məsuliyyətə cəlb olunası adamlar da üzə çıxacaq”.

Örtülü özəlləşdirmə, “qırmızı direktorlar” və vətəndaşın əlində qalan çeklərin aqibəti

“Komissiya ciddi şəkildə işləməlidir və şübhə də etmirəm ki, bu prosesdə məmurların qanunsuzluqları da üzə çıxacaq. Biz Azərbaycanda yaşayırıq, bütün bu proseslər bizim gözümüzün qabağında olub. İstər rayonlardan, istərsə də, şəhərlərdən aldığımız məlumatlar, onların təhlili göstərir ki, bununla bağlı çoxlu susi-istifadə halları olub. Bu sui-istifadənin başında yerli icra orqanlarının rəhbərləri olub və onlar da şübhəsiz ki, yuxarı icra orqanları ilə məsləhətsiz, icazəsiz, onlarla razılşamadan müəyyən qanunsuzluqları həyata keçirə bilməzdilər. Bu, bəzən zorakı üsulla, bəzən şirnikləşdirmə üsulu ilə olub, bəzi hallarda korrupsiya elementləri də var”, - deyə Milli Məclis üzvü söyləyib.

 

Azərbaycan İnvestisiya Holdinqi tərəfindən özəlləşəcək dövlət qurumları ilə əlaqədar çeklərin yenidən tədavülə qayıtma ehtimalına toxunan deputatın sözlərinə görə, bu, daha çox subyektiv amillərlə bağlıdır: “Deyək ki, buna start verən, həll etmək istəyənlər cəlb edilə bilər, bu prosesin tərpənməsinə kömək olar. Amma bunlar hamısı subyektiv amillərlə, rəhbərin istəyinə bağlı olacaq. Daha yüksək rəhbər mövqedə işləyəndən daha çox asılı olacağına görə, onun qərarından asılı olaraq proses müəyyən qədər gedə də bilər və ya getməyə də bilər. Buna görə hesab edirəm ki, bu məsələlərlə ciddi məşğul olmaq lazımdır. İllər ərzində ünvanlanmış saysız-hesabsız müraciətlər və qoyulan təhlillər onu göstərir ki, bu sahədə çox ciddi çatışmazlıqlar və ədalətsizliklər olub”.

 

“O vaxt bizim hərəmizə bir çek düşmüşdü. Düzü, maraq göstərmədim, çünki hədsiz ucuz idi. O vaxtlar bəyan edirdik ki, insanlar məcbur olacaq, əlindəki çekləri dəyər-dəyməzinə satacaq, kimlərinsə əlində toplanacaq, müəyyən özəlləşdirici obyektlərin də qiyməti azaldılıb ələ keçiriləcək. İlkin kapital yığımı yırtıcı üsulla həyata keçiriləcək. Ona görə maraq da göstərmədim. Əvvəla, mənim imkanım yox idi ki, əlimə çoxlu çek toplayım ki, gələcəkdə nəsə mülkiyyət sahibi olum. Yolum o ola bilərdi ki, əlimdə olanı dəyər-dəyməzinə satım. Özümün və ailə üzvlərimin buna maraq göstərdiyi ağlıma gəlmir”, - deyə T.Kərimli fikrini yekunlaşdırıb.

Müəllif: Aləmdə Nəsib

Pin up casino Pin-up casino giriş