Mingəçevirdə yeddi məktəbli xəstəxanalıq olub

Hadisə

23.04.2022 - 05:47

Həkimlər Klinikalar SEO Xidməti

Məktəbdə özlərini narahat hiss edən yeddi şagird şəhər xəstəxanasına aparılıb

Mingəçevir şəhər 3 saylı tam orta məktəbdə özlərini narahat hiss edən yeddi şagird şəhər xəstəxanasına aparılıb. AYNA-nın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə dünən məktəbin 6 a sinfində baş verib.

Belə ki, sinifdəki şagirdlərdən bir neçəsi 4-cü saatda - musiqi dərsində özlərini narahat hiss ediblər və ürəkbulanmaları olduğunu deyiblər.

Dərhal bu barədə məktəblilərin valideynlərinə bildirilib və onlar Mingəçevir Şəhər Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çatdırılıblar.

İlkin müayinə nəticəsində uşaqlarda zəhərlənmə aşkarlanmayıb. Məktəblilərin səhhəti bir neçə saat nəzarətdə saxlanıldıqdan onlar evə buraxılıb.

Bildirilir ki, sinifdə şagirdlərdən birində ürəkbulanma olub və bunu görən digər şagirdlər təşviş keçirərək, özlərində də eyni halın olduğunu düşünüblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş