Minaatan və artilleriya bölmələrindən döyüş atışları - VİDEO

Xəbərlər

29.11.2021 - 16:32

Həkimlər Klinikalar SEO Xidməti

Bölmələrin taktiki təlimləri keçirilib 

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda minaatan və artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlimlər keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, hərbi hissələrin çöl çıxışları dövründə keçirilən döyüş atışlı taktiki təlimlərdə bölmələrin komanda müşahidə məntəqəsinin açılması və atəş mövqeyini tutması tapşırıqları icra olunub.

Vətən müharibəsində əldə olunan təcrübələr nəzərə alınaraq keçirilən döyüş atışlı taktiki təlimlərdə əsas məqsəd atəş vasitələrindən düzgün istifadə etməklə tapşırıqların vaxtında və dəqiq icra olunması üçün şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də komandir heyətinin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir.

Minaatan və artilleriya vasitələri tələb olunan vaxt çərçivəsində atəş vəziyyətinə gətirilib, planlı və plandankənar hədəflərə döyüş atışları yerinə yetirilib. Qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş