Milyarderin nəvəsi oğurlanıb

Dünya

04.09.2022 - 18:27

Həkimlər Klinikalar SEO Xidməti

Fletçer ailəsi Elizanın harada olduğu ilə bağlı hər hansı məlumat üçün 50 min dollar mükafat ayırıb

Milyarder Cozef Orqillin nəvəsi ABŞ-da qaçırılıb. AYNA xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Maqnatın nəvəsi və “Orgill Inc” şirkətinin qurucusu 34 yaşlı Eliza Fletçer sentyabrın 2-də Tennessi ştatının Memfis şəhərində səhər yürüşü zamanı itkin düşüb. Qadının səhər saat 4:20 radələrində qaçırıldığı bildirilir. Naməlum şəxslər Fletçeri qara şüşəli avtomobillə naməlum istiqamətə aparıblar. Müstəntiqlər adam oğurluğunun təsadüfi və ya planlı olub-olmadığını araşdırmağa başlayıblar.

Polis bir nəfəri şübhəli qismində tutub. Həmin şəxs 38 yaşlı Kleota Ebstondur. Ebston xanım Fletçeri qaçırmaqda və sübutları saxtalaşdırmaqda ittiham olunur. Bundan başqa, milyarderin nəvəsinin qaçırıldığı avtomobil də tapılıb. İtkin düşən qadının axtarışları isə davam edir.

Fletçer ailəsi Elizanın harada olduğu ilə bağlı hər hansı məlumat üçün 50 min dollar mükafat ayırıb.

Xatırladaq ki, E.Fletçer uşaq bağçasının müəllimidir. Onun illik satışları üç milyard dollardan çox olan “Orgill Inc”in varisi olduğu qeyd edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş