Millimizin Millətlər Liqasındakı oyunlarının təqvimi açıqlanıb

İdman

27.06.2020 - 06:15

Millimiz bu qrupda Lüksemburq, Kipr və Monteneqro ilə mübarizə aparacaq

 

Futbol üzrə UEFA Millətlər Liqasının 2020/21 mövsümü üçün təqvimi bəlli olub.

 

AYNA UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupundakı oyunlarının da vaxtı müəyyənləşib.

 

Qeyd edək ki, millimiz bu qrupda Lüksemburq, Kipr və Monteneqro ilə mübarizə aparacaq.

 

Millimizin oyunlarının təqvimini təqdim edirik:

 

UEFA Millətlər Liqası
C Liqası
1-ci qrup

1-ci tur, 5 sentyabr

20:00. Azərbaycan – Lüksemburq
20:00. Kipr – Monteneqro

 

2-ci tur, 8 sentyabr

22:45. Kipr – Azərbaycan
22:45. Lüksemburq – Monteneqro

 

3-cü tur, 10 oktyabr

17:00. Monteneqro – Azərbaycan
17:00. Lüksemburq – Kipr

 

4-cü tur, 13 oktyabr

20:00. Azərbaycan – Kipr
22:45. Monteneqro – Lüksemburq

 

5-ci tur, 14 noyabr

21:00. Azərbaycan – Monteneqro
21:00. Kipr – Lüksemburq

 

6-cı tur, 17 noyabr

22:45. Lüksemburq – Azərbaycan
22:45. Monteneqro – Kipr

 

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Müəllif: Ayna.az