Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Xəbərlər

22.07.2024 - 17:49

cedabet dərman SEO Xidməti

Bir ədəd ov tüfəngi, həmin silaha aid 60 ədəd patron və qanunsuz ovladığı çöl quşları aşkarlanıb

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb. AYNA xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə həyata keçirdikləri tədbirlərlə parkın Kiçik Körfəz su hövzəsində qanunsuz ov edən A.Heydərov saxlanılıb.

Həmin şəxsdən bir ədəd ov tüfəngi, həmin silaha aid 60 ədəd patron və qanunsuz ovladığı çöl quşları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş