Plenar iclasın gündəliyinə daxil edilən məsələlərin sayı 28-ə çatıb
Milli Məclisin aprelin 24-də keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.
AYNA xbər verir ki, parlamentin iclasının gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında məsələ də daxil edilib.
Bununla da, aprelin 24-də keçiriləcək plenar iclasın gündəliyinə daxil edilən məsələlərin sayı 28-ə çatıb.