Milli Məclisin növbədənkənar iclası keçiriləcək - <font color=red> SƏBƏB</font>

Xəbərlər

31.07.2020 - 14:59

cedabet dərman SEO Xidməti

İclasın gündəliyinə altı məsələ daxil edilib

 

Milli Məclisin növbədənkənar iclası keçiriləcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya bildirilib ki, iclasın avqust ayının 5-də keçirilməsi gözlənilir.

 

İclasın gündəliyinə altı məsələ daxil edilib. Bunlar “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (birinci oxunuş), “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Məşğulluq haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “İşsizlikdən sığorta haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir (birinci oxunuş).

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş