Milli Məclisdə jurnalistlər üçün telefon qadağası ləğv edilib. AYNA.AZ xəbər verir ki, bu barədə “Real” TV-nin əməkdaşı Mahir Məmmədli bildirib.
Jurnalist bu qərara görə Strateji Obyektlərin Mühafisəzi Dövlət Agentliyinin yeni rəhbərliyinə, bu məsələdə daim jurnalistlərin probleminin həllinə çalışan Milli Maclis rəhbərliyinə, spiker Sahibə Qafarovaya təşəkkür edib.
Xatırladaq ki, bir neçə il idi jurnalistlərin Milli Məclisə telefonla daxil olmasına qadağa qoyulmuşdu.