Aeroporta Berluskoninin adı veriləcək
Milanın əsas hava limanının adı İtaliyanın keçmiş Baş naziri və biznes maqnatı Silvio Berluskoninin şərəfinə dəyişdiriləcək.
AYNA xarici mediaya istinadən bildirir ki, İtaliyanın cənubunda keçirilən konfransda çıxış edən İtaliyanın nəqliyyat naziri Matteo Salvini bildirib ki, mülki aviasiya qurumu Lombardiya regionunun Malpensa hava limanının bu şəhərdən gələn Berluskoninin şərəfinə adının dəyişdirilməsi ilə bağlı müraciətini təsdiqləyib.
Sağçı LiqaPpartiyasının lideri və Berluskoninin çoxdankı müttəfiqi olan Salvini "son qərar nəqliyyat nazirinə aid olduğu üçün, həqiqətən də bunun baş verəcəyini düşünürəm", deyib.
O, daha sonra “X” səhifəsində Berluskoninin və Malpensa hava limanının fotosunu yerləşdirərək, "dostum Silvionun xatirəsinə, böyük iş adamı, böyük milanlı və böyük italyanı xatırlayıram", yazıb.