MSK sədri: “Daxil olan protokollar və onlara uyğun sənədlərin hamısını araşdırılır”
Mərkəzi Seçki Komissiyası bu günə qədər 68 Dairə Seçki Komissiyasının 179 seçki məntəqəsi üzrə 385 videogörüntünü araşdırır. Həmin görüntülərdən əlavə videogörüntülər sosial şəbəkələrə yerləşdirilsə, araşdırılmayacaq.AYNA xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında MSK sədri Məzahir Pənahov belə açıqlama verib.
“Daxil olan protokollar və onlara uyğun sənədlərin hamısını araşdırılır. Biz çalışırıq ki, daxil olan bütün müraciətləri araşdıraq. Namizədlərin narahat olmasına ehtiyac yoxdur. MSK-ya daxil olan bütün müraciətlər tərəfimizdən araşdırılır”, - Pənahov vurğulayıb.