Həmin şəxs tibbi prosedurlar gözlənilməklə evinə qaytarılıb
Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən aprelin 8-də ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi saxlanılıb.
Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşları saxlanılan Masallı rayon sakini R.Muradov ilə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə evinə qaytarıb.
Məsələ ilə bağlı müvafiq səhiyyə qurumu məlumat verilib.