Qatı duman səbəbindən həm yerüstü, həm də hava nəqliyyatında fasilələr və qəzalar baş verə bilər
Türkiyədə meteoroloqlar ölkənin bir sıra rayonlarını əhatə edən radiasiya dumanının olduğunu bildiriblər. AYNA xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Mütəxəssislər xəbərdarlıq ediblər ki, qatı duman səbəbindən həm yerüstü, həm də hava nəqliyyatında fasilələr və qəzalar baş verə bilər.
Meteoroloq Betül Akgül deyib ki, Türkiyə yüksək təzyiqin təsiri altında olduğu üçün, xüsusən də yağışın olmadığı yerlərdə yüngül külək axını və aydın gecə səması səbəbindən yerin səthi və səthə yaxın hava soyuyur. Onun sözlərinə görə, hündürlük artdıqca temperatur yüksəlir. Hava şeh nöqtəsinə qədər soyuduqda, radiasiya dumanı görünür.