Merz səlahiyyət müddəti bitməmiş vəzifəsini itirə bilər

Dünya

16.11.2025 - 16:45

Almanların yalnız 16 faizi Merzin növbəti federal seçkilərdə kansler namizədi olmasını istəyir

Almaniyada iqtisadi problemlərin pisləşməsi, hakim koalisiya daxilindəki bölünmələr, artan müxalifət və hökumətin fəaliyyətindən ictimaiyyətin narazılığı kansler Fridrix Merzin istefasına səbəb ola bilər. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Nəşr qeyd edib ki, "onun bu əsas məsələlərin bir çoxunu həll etməməsi təkcə Almaniya üçün Alternativ (AfD) kimi ifrat sağçı partiyaların fəallığını artırmaqla yanaşı, Merzin hökumətinin sələfi Olaf Şolzla eyni aqibəti yaşaya biləcəyi və səlahiyyət müddəti bitməmişdən əvvəl çökə biləcəyi ilə bağlı fərziyyələri də artırıb".

Agentlik yazıb ki, “N-tv”nin son sorğusuna görə, almanların yalnız 16 faizi Merzin növbəti federal seçkilərdə kansler namizədi olmasını istəyir.

“Bloomberg” qeyd edib ki, Merz "Almaniya üçün çətin bir vaxtda" vəzifəyə başlayıb. "Qeyri-sabit və bəzən düşmən" Donald Tramp yenidən ABŞ Prezidenti olub, Ukraynadakı böhran Almaniya sənayesinin enerji təchizatını dayandırıb, Çinlə münasibətlər pisləşib və immiqrasiyaya nəzarət uğrunda mübarizə uzanıb.

Kansler kimi ilk çıxışında Merz bütün bunları düzəldəcəyinə söz verib və almanların ilk nəticələri yaya qədər hiss edəcəklərinə əminlik verib.

"Altı ay sonra seçicilər hələ də gözləyirlər. Bunun əvəzinə, onlar gündəlik olaraq iqtisadi qeyri-sabitlik və Almaniyanın böyük şirkətlərində iş yerlərinin ixtisar edilməsi barədə məlumatlar eşidirlər", - deyə bildirilib.

“Bloomberg” qeyd edib ki, ötən həftə Merzin məsləhətçiləri Almaniyanın gələn il iqtisadi artım proqnozunu 1 faizdən aşağı salıblar.

Agentliyin məlumatına görə, investorlar da Almaniyaya münasibətlərini yenidən nəzərdən keçirirlər. Daxili səhm indeksləri 30 sentyabrdan bəri ən kiçik artım göstərib və müdafiə səhmləri azalır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş