“Beynəlxalq aləmdə baş verən böyük dəyişikliklər fonunda Almaniya və Çin qlobal məsələlərin həllində məsuliyyətli rol oynamalıdır”
“Almaniya "Vahid Çin" prinsipinə sadiqdir və ikitərəfli tərəfdaşlığı gücləndirməyə hazırdır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Almaniya kansleri Fridrix Merz Çin lideri Si Cinpin ilə görüşündə deyib.
Merz həmçinin dostluq münasibətlərinin möhkəmləndirilməsinin və bərabər və açıq əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğulayıb.
Almaniya kansleri deyib ki, “alman biznesləri Çin bazarına böyük əhəmiyyət verir” və “Çin ilə əməkdaşlığı daha da dərinləşdirməyə ümid edir”.
“Beynəlxalq aləmdə baş verən böyük dəyişikliklər fonunda Almaniya və Çin qlobal məsələlərin həllində məsuliyyətli rol oynamalıdır”, - deyə qeyd edib.