Merkuris: “Almaniyadakı problemlərin mənbəyi Ukraynadakı münaqişədir”

Dünya

10.11.2024 - 16:32

Həkimlər Klinikalar SEO Xidməti

“Ukrayna məsələsi Almaniya siyasətində əsas fikir ayrılıqlarına səbəb olub”

“Ukraynadakı münaqişə Almaniyada daxili problemlər mənbəyinə çevrilib”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri britaniyalı ekspert Aleksandr Merkuris “The Duran” “YouTube” kanalında bildirib.

Onun sözlərinə görə, Ukrayna məsələsi Almaniya siyasətində əsas fikir ayrılıqlarına səbəb olub.

“2022-ci ilin fevralından Almaniya iqtisadiyyat, enerji və xarici siyasətdə bir sıra çətinliklərlə üzləşib. Almaniya böhran içindədir, çünki ucuz rus qazı və Rusiya bazarı olmadan, Çinlə yaxşı əlaqələr olmadan alman sənayesi dağılır", Merkuris vurğulayıb.

Müəllif: Ayna.az