Mərkəzi Çağırış Komissiyası toplanıb

Xəbərlər

23.07.2024 - 16:19

cedabet dərman SEO Xidməti

İclasda iyul çağırışının yekunları müzakirə olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında müddətli həqiqi hərbi xidmətə iyul çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib. Qurumdan AZƏRTAC-a bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilən iclasda Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti müzakirə olunub. AYNA xəbər verir ki, bu barədə Xidmətdən bildirilib.

Qeyd olunub ki, Dövlət Xidməti tərəfindən 2024-cü ilin iyul çağırışının uğurla icra edilməsi və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə zəruri işlərin görüldüyü diqqətə çatdırılıb.

Qeyd edək ki, Mərkəzi Çağırış Komissiyasının tərkibinə daha 4 yeni dövlət qurumu (Dövlət Təhlükəsizliyi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xarici İşlər Nazirliyi) əlavə olunmaqla, üzvlərinin sayı 14-ə çatıb.

İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş