Məmmədyarovla Çavuşoğlu telefonda danışdılar

Xəbərlər

25.05.2020 - 03:03

XİN rəhbərləri arasında telefon danışığı olub

 

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon söhbəti olub. Xarici İşlər Nazirliyindən AYNA-ya verilən məlumata görə, Elmar Məmmədyarov həmkarı Mevlüt Çavuşoğlunun Azərbaycanın 28 May Respublika Günü münasibətilə səmimi təbriklərini qəbul edib.

 

Tərəflər bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər və ən xoş arzularını ifadə ediblər. Nazirlər həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar.

Müəllif: Ayna.az