Melaniya Tramp BMT Təhlükəsizlik Şurasının iclasında ilk dəfə sədrlik edəcək

Dünya

27.02.2026 - 12:58

ABŞ-ın birinci xanımı çıxışını təhsil, texnologiya, sülh və təhlükəsizlik mövzularına yönəldəcək

ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı, ABŞ-ın birinci xanımı Melaniya Tramp 2 martda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasında ilk dəfə sədrlik edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

"Melaniya Tramp təhsil vasitəsilə sülhə həsr olunmuş nitq söyləyərək BMT Təhlükəsizlik Şurasına sədrlik edən birinci xanım kimi tarixə düşəcək", - deyə qeyd olunub.

Melaniya Tramp çıxışını təhsil, texnologiya, sülh və təhlükəsizlik mövzularına yönəldəcək.

Qeyd edək ki, ABŞ mart ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. Fransa isə aprel ayında sədrliyi təhvil götürəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş