Nazirlik təhsil müəssisələrində yeni xidmətə başlayır
Təhsil Nazirliyi təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydasını açıqlayıb. Nazirlikdən AYNA-ya verilən məlumata görə, bütün pillələr üzrə təhsil müəssisələrində psixoloji xidmət fəaliyyət göstərəcək.
Hazırda yalnız ümumi və bəzi məktəbəqədər təhsil müəssisələrində psixoloji xidmət təşkil olunur.
Şagird sayı 1000-dək olan məktəblərdə bir psixoloq, 1000-dən 3000-dək olan məktəblərdə iki psixoloq, 3000-dən çox olan məktəblərdə üç psixoloq fəaliyyət göstərəcək.