Məktəblərdə inklüziv hazırlıq qrupları təşkil ediləcək

Xəbərlər

06.05.2020 - 16:57

Həkimlər Klinikalar SEO Xidməti

Nazir əmr imzalayıb

 

Təhsil naziri Ceyhun Bayramov 2020-2021-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində inklüziv məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb. Təhsil Nazirliyindən AYNA-ya verilən məlumatına görə, əmrə əsasən pilot təhsil müəssisələrində - Bakı şəhərində 138, 202 nömrəli tam orta məktəblərdə, 220 və 252 nömrəli məktəb-liseydə inklüziv məktəbəhazırlıq qrupları təşkil olunacaq.

 

Bakı şəhər psixoloji-tibbi-pedaqoji komissiyasının qərarına əsasən, ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların məktəbəhazırlıq qruplarına göndərilməsi təmin ediləcək.

 

Həmçinin, məktəbəhazırlıq qruplarına loqopedik xidmətin göstərilməsi, Təhsil İnstitutunun pilot təhsil müəssisəsində inklüziv məktəbəhazırlıq qruplarında təhsilin təşkilinə metodik köməkliyin göstərilməsi təmin ediləcək. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş