Məktəblər nə vaxt açılacaq – Nazir müavinindən cavab

Cəmiyyət

30.04.2020 - 12:55

Həkimlər Klinikalar SEO Xidməti

Məhəbbət Vəliyeva: “Dərs proqramları şagirdlərə çatdırılırsa, dərs ilinin uzadılmasına ehtiyac qalmır”

 

“İndiki dövrdə ölkədə təhsil müəssisələrinin açılması barədə danışmaq tezdir. Təhsil sahəsi ən geniş, əhatəli sahə olduğundan, karantindən sonra təhsil müəssisələri yəqin ki, ilk açılan sahələrdən olmayacaq”.

 

AYNA Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. O, insanların bunu anlayışla qarşılamalı olduqlarını bildirib.

 

“Dərs ili ay yarımdan sonra yekunlaşır. Əslində, ümumtəhsil müəssələrində dərslər mayda bitir, iyunda isə şagirdlərin qiymətləndirilməsi aparılır. Hər bir vətəndaş dərslərin nə vaxt başlamasının tarixinin açıqlanmasını istəyir. Bu tarixi demək düzgün olmaz. Bu gün dərslərin başlamasını hamıdan çox biz arzulayırıq”, - nazir müavini vurğulayıb.

 

M.Vəliyeva hesab edir ki, dərs proqramları şagirdlərə çatdırılırsa, dərs ilinin uzadılmasına ehtiyac qalmır: “Yəqin ki, dərs ili vaxtında yekunlaşacaq. Şagirdlərə tədris proqramlarını mənimsətmək üçün canlı olmasa da, virtual şəkildə dərslər keçirilir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş