Kül sütunu 3 kilometrə qədər çatıb
Meksikanın ən böyük vulkanı olan "Popokatepetl" püskürüb.
AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Cenapred" Fəlakətinin Qarşısının Alınması üzrə Milli Mərkəz yayıb.
Məlumata əsasən, kül sütunu 3 kilometrə qədər çatıb. Bu səbəbdən vulkana yaxınlaşmamaq tövsiyə olunur.