Meksikada daşqınlar: 28 nəfər ölüb

Dünya

11.10.2025 - 16:35

Daşqınlar yol və körpülərin dağılmasına, kəndlərin su altında qalmasına səbəb olub

Meksikada şiddətli yağışlar daşqınlara səbəb olub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, nəticədə 28 nəfər ölüb.

Bildirilib ki, ölkənin 32 ştatının 31-də güclü yağıntı qeydə alınıb. Daşqınlar yol və körpülərin dağılmasına, kəndlərin su altında qalmasına səbəb olub.

Ən çox ziyan Hidalqo ştatına dəyib. Burada 16 nəfərin öldüyü bildirilir. 1000-dən çox evə zərər dəyib, bəzi yerlərdə xilasetmə əməliyyatları aparmaq qeyri-mümkün vəziyyətə gəlib.

Meksika ordusu zərərçəkmiş şəsxlərə humanitar yardımların paylanmasına cəlb edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş