Mehriban Əliyeva Türkiyəyə təşəkkür edib

Xəbərlər

15.04.2020 - 15:00

Həkimlər Klinikalar SEO Xidməti

"Xalqlarımıza möhkəm cansağlığı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram"

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Türkiyənin paytaxtı Ankarada yerləşən Atakule qülləsində Azərbaycan Respublikasının dövlət bayrağının işıqlandırılması ilə əlaqədar qardaş ölkəyə minnətdarlığını bildirib.

 

AYNA həmin paylaşımı təqdim edir: "Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm! Ölkələrimiz daim bir-birinin yanındadır – həm sevincli günlərdə, həm çətin sınaq günlərində. Bizim birliyimiz, bizim gücümüz bundadır! Xalqlarımıza möhkəm cansağlığı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram! Qoy Uca Tanrı dünyamızı qorusun!".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş