Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

Siyasət

28.05.2020 - 02:54

Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur

 

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib.

 

AYNA xəbər verir ki, təbrikdə deyilir: 

 

"Bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!"

Müəllif: Ayna.az