Fevralda keçiriləcək parlament seçkiləri görünməmiş fəallıq yaradıb
2020-ci il fevral ayının 9-da ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq seçkilərə hazırlaşmağa başlayan vətəndaşlar da var. Belə ki, son günlərdə həyata keçirilən islahatlardan sonra Parlamentə yeni simaların gələcəyi inamı da yaranmağa başlayıb.
Bəs siyasilər ciddi yeniliklərin olacağına, cəmiyyətdə yaranan ümidlərin doğrulacağına, VI çağırış parlamentdə layiqli şəxslərin təmsil olunacağına inanırlarmı? Yoxsa, vətəndaşların ümidləri məyusluqla nəticələnəcək?
Mövzu ətrafında AYNA-ya danışan keçmiş deputat, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı hesab edir ki, cəmiyyət hər zaman seçkilərə ümid bəsləməlidir: “Ümidsizlik cəmiyyətin məhvi deməkdir. Şübhəsiz ki, hər prosesdə cəmiyyət vəziyyətin daha da yaxşı olacağına, parlamentdə yeni şəxslərin təmsil olunacağına ümid bəsləyir. Ona görə də mən bu məsələyə normal baxıram”.
Mərahim Nəsib