Əliyev-Putin görüşündən sonra Azərbaycanda nə baş verəcək?

Siyasət

30.09.2019 - 14:59

Həkimlər Klinikalar SEO Xidməti

Yaxud ABŞ-Rusiya münasibətlərində ölkəmiz üçün iki perspektiv

 

BMT Baş Məclisinin Nyu Yorkda keçirilən 74-cü sessiyası çərçivəsində bizim üçün diqqətçəkən ən mühüm təmaslardan biri, şübhəsiz ki, ABŞ “dərin dövlət”inin önəmli strateqlərindən sayılan, 96 yaşlı Henri Kissincerlə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasındakı görüşdür. Kissincer həmişə Rusiya ilə yaxınlaşma tərəfdarı olub, Putinlə şəxsi dostluq münasibətləri var və pərdəarxası ABŞ-Rusiya əlaqələrində də əsas uzlaşdırıcı fiqur sayılır.

 

Bu görüş Azərbaycan üçün çox önəmlidir. Çünki Azərbaycan və Azərbaycan ətrafında cərəyan edəcək hadisələr ABŞ-Rusiya münasibətlərinin yaxın gələcəkdə necə qurulacağından çox asılıdır: uzlaşma bizə bir, ziddiyyət isə başqa cür perspektiv açır.

 

Böyük ehtimalla, Prezident İlham Əliyevin oktyabrın 3-də Vladimir Putinlə görüşündən sonra, istər Qarabağ probleminə baxışda, istərsə də daxili siyasətdə atılacaq addımlarla bağlı konkretlik müşahidə edəcəyik. Bütün maraqlı güclər “əsas hazırlıqlar”ını bu görüşdən sonrakı dövrə planlaşdırsalar da, bugünlərdə ölkə içində hansısa gərginliklərin yaradılma riski də yüksəkdir.

 

İzləyək oktyabrın 1-də Putinin Ermənistana səfərini, oktyabrın 3-də isə Əliyevlə görüşünü...

 

Politoloq Elxan Şükürlü

Müəllif: Ayna.az

Simurq

Dünən, 16:45 Mədəniyyət