Məhkəmələrə yeni hakimlər təyin edilib

Xəbərlər

08.10.2024 - 15:42

cedabet dərman SEO Xidməti

Milli Məclisdə hakimlərin təyini müzakirə olunub

Ali Məhkəmə və Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib AYNA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Apellyasiya məhkəmələrinə yeni hakimlərin təyin edilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

İlqar Cəfərov, Sərvər Vəliyev, Raqib Qurbanov, Vüsalə Baxışova və Rəşad Həsənov Ali Məhkəmənin hakimləri təyin olunub.

Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin sədri Zamiq Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib.

Bundan başqa, Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə də yeni hakimlər təyin olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş