Gümri merinin həbs qərarından verilən apelyasiya şikayəti rədd olunub
Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyanın müdafiə tərəfi Korrupsiyaya Qarşı Mübarizə Apelyasiya Məhkəməsinin onu həbsdə saxlamaq qərarından apelyasiya şikayəti verib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə onun vəkili Aramayis Hayrapetyan deyib.
Vəkil bildirib ki, məhkəmə apelyasiya şikayətini təmin etməyib.
Qeyd edək ki, 21 oktyabrda məhkəmə Qukasyan barədə iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Müdafiə tərəfi qərarla razı deyil.
Merə Ermənistan Cinayət Məcəlləsininin "rüşvət almaq" maddəsi ilə ittiham irəli sürülüb. Lakin o günahını inkar edir. Müdafiə tərəfinin sözlərinə görə, ittihamların demək olar ki, hamısı Qukasyanın mer olmadığı 2024-cü ilin dekabrından 2025-ci ilin fevralına qədər olan dövrə aiddir.
İstintaq Komitəsi daha sonra Qukasyana qarşı Rusiya ilə birliyin yaradılması zərurəti barədə verdiyi açıqlamalara görə yeni cinayət işi açaraq onu Cinayət Məcəlləsinin "Ermənistan Respublikasının suverenliyindən imtina etməyə açıq çağırış" maddəsi ilə ittiham edib.