Mehdiabadda sursat aşkarlanıb

Xəbərlər

24.01.2025 - 12:38

Həkimlər Klinikalar SEO Xidməti

Sursatlar çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar telefon xətti”nə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkarlanmış sursatların döyüş tətbiqinə yararlı 2 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı və 1 ədəd DVM-78 partladıcısı olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş