“Medvedevin bəyanatı işğalçılıq siyasətinin davamıdır”

Dünya

24.08.2023 - 13:21

cedabet dərman SEO Xidməti

Gürcüstan XİN: “Bu, suverenlik və ərazi bütövlüyünün növbəti dəfə pozulması cəhdidir”

“Dmitri Medvedevin avqust müharibəsinin 15-ci ildönümü ilə bağlı bəyanatı Rusiyanın Gürcüstan ərazilərinin işğalı siyasətinin davamıdır, suverenlik və ərazi bütövlüyünü pozmağa növbəti cəhddir”. AYNA gürcü mediasına istinadən bildirir ki, bu sözlər Gürcüstan Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Departamentinin şərhində yer alıb.

“2008-ci il avqust müharibəsinin 15-ci ildönümündə Rusiya Təhlükəsizlik Şurası katibinin müavininin bəyanatı Rusiya Federasiyasının Gürcüstan ərazilərinin işğalı ilə bağlı siyasətinin davamı, suverenlik və ərazi bütövlüyünün növbəti dəfə pozulması cəhdidir. Biz Rusiya Federasiyasını beynəlxalq hüququn fundamental prinsip və normalarına hörmət etməyə və 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasına əməl etməyə çağırırıq”, - deyə Gürcüstan XİN-in bəyanatında qeyd olunub.

Bundan əlavə, XİN-in şərhində bildirilib ki, Gürcüstan münaqişənin sülh yolu ilə həlli, Gürcüstan ərazilərinin sülh yolu ilə işğaldan azad edilməsi, müharibə nəticəsində parçalanmış əhalinin barışıq və dinc yanaşı yaşaması siyasətinə qətiyyətlə yanaşır.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib ki, Abxaziya və Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi ideyası hələ də populyardır: “Bunun üçün əsaslı səbəb olarsa, onu həyata keçirmək olar”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş