Medvedev: “Gələcəkdə Ukrayna ilə yeni münaqişə ehtimalı yüz faizdir”

Dünya

17.01.2024 - 14:21

cedabet dərman SEO Xidməti

“Münaqişənin qarşısı nə Ukraynanın Avropa İttifaqı ilə assosiasiyası, nə də bu ölkənin NATO-ya daxil olması ilə alınacaq”

“Kiyev rejiminin Qərblə hansı təhlükəsizlik sənədləri imzalamasından asılı olmayaraq, gələcəkdə Ukrayna ilə yeni münaqişə ehtimalı yüz faizdir”. AYNA Xəbər verir ki, bu sözləri özünün “Telegram” kanalında Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yazıb.

Onun sözlərinə görə, Rusiyanın “tarixi ərazilərində müstəqil dövlətin mövcudluğu” indi Ukraynada kimin “sükanı arxasında” olmasından asılı olmayaraq, hərbi əməliyyatların bərpası üçün daimi səbəb olacaq.

“Qərbin kukla Kiyev rejimi ilə hansı təhlükəsizlik sənədləri imzalamasından asılı olmayaraq, yeni münaqişənin baş verməsi ehtimalı 100 faizdir”, - Medvedev qeyd edib.

Onun sözlərinə görə, bu münaqişənin qarşısı nə Ukraynanın Avropa İttifaqı ilə assosiasiyası, nə də bu ölkənin NATO-ya daxil olması ilə alınacaq.

Medvedev əlavə edib ki, bu, on və ya əlli ildən sonra baş verə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş