Medvedev: "Finlandiya və İsveçin NATO-ya daxil olması bizi heç nə ilə təhdid etmir”

Dünya

28.06.2022 - 11:12

“Rusiya NATO ilə yeni quru sərhədində öz mövqelərini gücləndirməli olacaq”

“İsveç və Finlandiyanın NATO-ya daxil olması Rusiya üçün yeni təhlükələr yaratmır”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İsveç və Finlandiyanın NATO-ya daxil olması perspektivini dəyərləndirərkən deyib.

“İsveç və Finlandiyanın NATO-ya daxil olması bizi xüsusilə yeni heç nə ilə təhdid etmir. Bu ölkələrin əvvəllər Rusiya ilə kifayət qədər hörmətli və qarşılıqlı adlandırıla bilən münasibətləri olub”, - Medvedev vurğulayıb.

O, eyni zamanda, qeyd edib ki, Rusiya NATO ilə yeni quru sərhədində öz mövqelərini gücləndirməli olacaq.

Medvedevin sözlərinə görə, quru qoşunları və donanma şimal istiqamətlərdə qurulacaq.

Müəllif: Ayna.az