“Ukrayna Təhlükəsizlik Xidməti “Telegram”ın dəstəyi ilə qanunsuz əməliyyatlar aparır”
Hazırda Rusiyaya sığınan Ukraynada qadağan olunmuş “Müxalifət Platforması - Həyat Naminə” Partiyasının keçmiş lideri və “Digər Ukrayna” hərəkatının sədri Viktor Medvedçuk “Telegram”ı Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ilə əməkdaşlıqda günahlandırıb. AYNA.AZ xəbər verir ki, bu barədə Medvedçuk “Digər Ukrayna” hərəkatının saytında dərc edilmiş məqaləsində iddia edib.
Medvedçuk iddia edirb ki, Ukrayna Təhlükəsizlik Xidməti “Telegram”ın dəstəyi ilə qanunsuz əməliyyatlar aparır. O həmçinin bildirib ki, “Telegram”dan əldə edilən məlumatlar Ukraynada əsassız həbs üçün əsas ola bilər.
"Ukrayna Təhlükəsizlik Xidməti “Telegram” messencerinin administrasiyası ilə uzun müddətdir ki, sıx əməkdaşlıq edir və istifadəçilərin maraqlarına qarşı cinayətkarcasına xüsusi əməliyyatlar həyata keçirir", - bildirib.
O messencerin təsisçisi Pavel Durovu “Telegram”ın terrorçu qruplar tərəfindən istifadəsi fonunda Rusiyaya kömək etməyə çağırıb.
Qeyd edək ki, 17 fevralda “Telegram” kanalı olan “Baza” mənbələrə istinadən məlumat yayıb ki, “Telegram” aprelin 1-dən etibarən Rusiyada tamamilə bloklanacaq.