MEDİA qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirəcək

Xəbərlər

13.11.2025 - 13:37

Müsabiqə şərtləri dəyişdirilib

Medianın İnkişafı Agentliyi (MEDİA) çap media subyektlərinə dəstək üçün müsabiqə elan edib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, budəfəki müsabiqə şərtlərinə görə, MEDİA qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirəcək.

MEDİA-nın İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, qəzetlərə ümumi yanaşma tətbiq edilərək onların hamısının yalnız həftədə bir nömrəsinin maliyyələşdirilməsi prinsipi əsas götürülüb.

O bildirib ki, qəzet redaksiyaları getdikcə bahalaşan mətbəə, kağız və bu qəbildən olan müxtəlif texniki xərclərini optimallaşdırmalı, yeni reallıqlara uyğunlaşaraq rəqəmsal platformalarda öz yerlərini möhkəmləndirməlidirlər: “Aydın məsələdir ki, bu, media menecmentin yenilənməsi, materialların yazı və təqdimat formalarının təkmilləşdirilməsi və s. kimi çoxtərəfli, lakin medianın gələcəyi ilə bağlı həyati əhəmiyyətli yaradıcı məsələdir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş