Skott Kupor: "Belə bir təşkilat artıq yoxdur"
ABŞ hakimiyyəti amerikalı milyarder və sahibkar İlon Mask tərəfindən yaradılan büdcə optimallaşdırma agentliyi olan ABŞ Hökumət Səmərəliliyi Agentliyini (DOGE) ləğv edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
ABŞ Hökumətinin Kadrların İdarə Edilməsi Ofisinin rəhbəri Skott Kupor xəbər agentliyinə bildirib ki, "belə bir təşkilat artıq yoxdur".
Rəsmi şəxs izah edib ki, vaxtından əvvəl ləğv edilmiş DOGE-nin funksiyaları qismən ABŞ Kadrların İdarə Edilməsi Ofisinə (OPM) həvalə edilib.