“SpaceX” Tayvanda və onun ətrafında peyk internetə çıxış təmin etmir
ABŞ Konqresinin Nümayəndələr Palatasının Çinlə Strateji Rəqabət üzrə Seçici Komitəsinin sədri Mayk Qallaqer bildirib ki, sahibkar və milyarder İlon Maskın “SpaceX” şirkəti ABŞ hökuməti qarşısında götürdüyü öhdəlikləri pozur. AYNA xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Qallaqer iddia edir ki, “SpaceX” çox güman ki, Tayvanda və onun ətrafında peyk internetə çıxış təmin etmir.
Nəşrin yazdığına görə, “SpaceX” Pentaqona və digər ABŞ nazirliklərinə bütün dünyada genişzolaqlı internetə çıxışı təmin etməyə borcludur. Amerika hakimiyyəti “Starshield” proqramına 100 milyon dollardan çox vəsait ayırıb.
Qeyd edək ki, 2022-ci ildə Tayvan Maskın məhsullarından imtina etdi. Adanın Müdafiə Nazirliyi şirkətin Maskın “Financial Times qəzetinə müsahibəsindən sonra “Tesla” elektrik avtomobillərini almamaq qərarına gəlib.