Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib
Abşeron rayonunun Masazır qəsəbəsində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 8 m² olan yardımçı tikilinin yanar konstruksiyaları və içərisinə yığılan əşyalar yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.