Bir-birini keçməyə çalışan iki taksi sürücüsü qarşıdan gələn sürücülərə təhlükə yaradıb
Təhlükəli şəkildə qayda pozaraq özbaşnalıq edən taksi sürücüləri barədə dəfələrlə şikayətlər yayılır. AYNA xəbər verir ki, oxuculardan biri Masazır qəsəbəsində yarışan iki taksi sürücüsünün videogörüntüsünü avtosfer.az-a göndərib.
Hadisə dekabrın 17-də Masazır qəsəbəsində qeydə alınıb. Bir-birini keçməyə çalışan iki taksi sürücüsü qarşıdan gələn sürücülərə təhlükə yaradıb.
Onlar yüksək sürətlə hərəkət edərək əks istiqamətə çıxıblar. Hətta arxadan gələn avtomobilin qeydiyyat nişanının hər ikisi çıxarılıb.
Görüntünü təqdim edirik: